Yolu keçmək istədi - hər dəfə özündən getdi - VİDEO

Maraqlı 9 Oktyabr 2015 15:54 Oxunub 2296
Yolu keçmək istədi -  hər dəfə özündən getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbul etdiyi dərmanlar və təzyiqin birdən birə yüksəlməsi  onun huşunu itirməsinə səbəb olub

Yolu keçmək istəyərkən dörd dəfə ürəyi getdi. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, heç birində təcili yardım çağırmaq yada düşmədi.  Çində baş verən qəribə hadisə müşahidə kamerasından anbaan lentə alınıb. İnadkar bir sakinin dəfələrlə huşunu itirməsinə baxmayaraq yola davam etməyə qərar verməsi ortaya bu görüntüləri çıxarıb. Kadrlarda şəhər sakinlərinin  yol kənarında dayandığı öz əksini tapır. Bu vaxt onlardan birinn vəziyyəti pisləşir və yanındakı adamın üzərinə yıxılır. Huşunu itirən çinli  bir neçə saniyə sonra ayılır.  Amma ətrafdakılar bu halın təkrarlanacağını bilmədiklərindən təcili tibbi yardıma da zəng vurmurlar.

Yol kənarında qalan  sakin isə  bundan sonra daha 3 dəfə huşunu itirib. Onu bu vəziyyətdə görən çinlilərin laqeydliyi isə diqqətdən yayınmayıb.  Yol keçidində ölümlə üz-üzə qalan 58 yaşlı sakinin yalnız 4-cü dəfə huşunu itirməsindən sonra, əraziyə həkim çağırılıb.

Çin mediasının məlumatına görə,  yol keçidində 4 dəfə ürəyi gedən, xoşbəxtlikdən avtomobillərin altına yıxılmayan çinli  yüksək qan təzyiqi xəstəsidir. Qəbul etdiyi dərmanlar və təzyiqin birdən birə yüksəlməsi  onun huşunu itirməsinə səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh