Avtovağzalın qarşısındakı sürüşmənin səbəbi bilindi

Gündəm 9 Oktyabr 2015 15:01 Oxunub 1194
Avtovağzalın qarşısındakı sürüşmənin səbəbi bilindi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürüşmənin səbəbi həmin ərazidəki yaşıllıqların mütəmadi olaraq fontan şəklində suvarılmasıdır

“Bakı Avtovağzalının ərazisində sürüşmənin səbəbi həmin ərazidəki yaşıllıqların mütəmadi olaraq fontan şəklində suvarılmasıdır”. Bu barədə Lent.az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev  məlumat verib. Ə.Piriyevin sözlərinə görə, ərazidə suvarma işləri aparıldığı zaman aşınmanın daha da artdığı müşahidə olunur: "Artıq təkliflər planı hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Təkliflər planına həmin ərazidəki suvama prosesinin bir müddət dayandırılması, yağış və digər suların həmin əraziyə axınının qarşısını almaq üçün suötürücü qurğunun yerləşdirilməsi, çatların örtülməsi, yolun asfaltlanması daxil edilib".

Ə.Piriyev qeyd edib ki, həmin ərazi hər gün nəzarətdə saxlanır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh