Göygöldə maşın beton dirəyə çırpıldı: 4 yaralı

Qəzalar 10 Oktyabr 2015 01:42 Oxunub 1225
Göygöldə maşın beton dirəyə çırpıldı: 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«QAZ»-24 markalı avtomobili hərəkət zolağını ayıran beton dirəyə dəyib

Gəncə-Şəmkir yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Göygöl rayonunun Quşqara kəndi ərazisinə qeydə alınıb. Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Naməddin Babayev idarə etdiyi «QAZ»-24 markalı avtomobili sözügedən kənddə körpünün üzərində olan, hərəkət zolağını ayıran beton dirəyə çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər -  1998-ci il təvəllüdlü Zəfər Hüseynov, 1990-ci il təvəllüdlü İlqar Rüstəmov və 1986- cı təvəllüdlü Vüqar Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib və vəziyyətləri normal qiymətləndirilir. 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh