Sabah hava necə olacaq?

Gündəm 10 Oktyabr 2015 22:02 Oxunub 1126
Sabah hava necə olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah havanın tutulub açılacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh