Siyəzəndə maşın aşıb; 1 ölü, 4 yaralı

Qəzalar 10 Oktyabr 2015 23:01 Oxunub 1273
Siyəzəndə maşın aşıb; 1 ölü, 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mersedes” markalı maşın yoldan çıxaraq aşıb

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza magistralın 95-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. “Mersedes” markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ölən şəxs 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Səttərova Səadət Abdulla qızıdır. Maşında olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh