Sualın cavabı tapıldı; dairədə hərəkət üstünlüyü bu maşinındır - FOTO
Sual-cavab 21 Aprel 2014 00:00 4436 dəfə oxunub
Sualın cavabı tapıldı; dairədə hərəkət üstünlüyü bu maşinındır - FOTO
Suala cavab verənləri siyahısı

avtosfer.az saytının yol hərəkəti iştirakçıları arasında keçirdiyi həftəlik sual-cavab başa çatıb. Oxucularımıza təqdim etdiyimiz ilk fotomaterial dairənin keçilməsi ilə bağlı idi. Həmin fotomaterial yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunub və dairəvi hərəkətin fərqli bir formasını göstərir. Dairədə qırmızı və boz rəngli avtomobillər var. Sualımız bundan ibarət idi ki, bu dairədə hərəkət üstünlüyü hansı avtomobilə məxsusdur?

Suala cavablar həm avtosfer.az saytının özündən, həm poçtamızdan ([email protected]), həm də facebook sosial şəbəkəsindən göndərilib. Beləliklə, qeyd olunan ünvanlardan doğru cavab yaxan oxucuların adlarını açıqlayırıq. Doğru cavab yazanlar bunlardır;

 

Kənan - Hereket ustunluyu boz masinindir.

 

Ferid - Dairədə hərəkət üstünlüyü Boz rengde olan maşındadır.

 

Zaur Hasanov – 8 km. Mashin Bazarinda kiyol kimidir bu shekil Ustunluk daireye daxil olmaqda olan boz masinindir.

 

Rauf - Ustunluk daireye daxil olmaqda olan boz masinindir..Hem bas yoldadir hem de dairede olan qirmizi avtomobile yol ver nisani qoyulub

Sülhəddin Ələsov - Burada iki üstün cəhət var ki , boz rəngli avtomobil ustunluyə malikdir ,qırmızı rəngli avtomoblin qarşısında yol verin tələbi olan nişanın olması və boz rəngli avtomobilin baş yolda olması boz rəngli avtomobilin üstünlüyə malik olduğunu göstərir

 

Rashad - Daireye daxil olan avtomobil

 

Cavid Ismayilov - Üstünlük boz maşındadır.Boz maşının qaşısında 4.3 yəni dairəvi hərəkət haqqında məlumat nişanı,və 2.1 baş yol nişanı və baş yolun istiqamətinı göstərən məlumat lövhəciyi boz maşının hərəkət üstünlüyünə malik olduğunu göstərir.Nəzərə alsaq ki,boz maşın baş yolun istiqamətini göstərən əlavə lövhəcikdəki istiqamətdə hərəkətini davam etdirəcək.

Safar - Üstünlük boz maşındadır.

 

Gulnar - qirmizi

 

Elmir - Boz mashina

 

Farid - Sagdaki mashin ustunluye malikdir.

 

Safar Eyvazov  - Üstünlük boz maşındadır.

 

Göründüyü kimi, bəzi oxucularımız suala geniş və izahlı cavab verib. Bəziləri isə qısaca yazıb. Bəs gəlin görək bu dairədə nə üçün hərəkət üstünlüyü boz rəngli avtomobilə verilməlidir?

«Yol hərəkəti haqqında» qanunun 42-ci maddəsinin XV hissəsində deyilir: Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Gördüyünüz şəkildə isə 2.1 və 2.4 nişanları tətbiq edilməklə dairəyə daxil olan yola baş yol statusu verilib, dairənin həmin yolla kəsişdiyi istiqamət isə ikinci dərəcəli yol hesab edilib. Ona görə də dairədəki qırmızı avtomobil 2.4 nişanının tələbinə əsasən, 1.13 nişanlanması qarşısında dayanaraq dairəyə daxil olan boz avtomobilə yol verməlidir.  Bir sözlə, dairəyə daxil olan boz avtomobil üstünlüyünə malikdir.

 

Yeri gəlmişkən, Bakıda bu fotoda əks olunan mənzərəyə bənzər dairələr mövcuddur. Ən məşhur yer Azneft dairəsidir. 4-cü mikrorayon dairəsində də mənzərə eynidir. Lakin orada nişan çatışmazlığı var. Sürücülərə tövsiyyə edirik ki, həmin dairədə ehtiyyatlı olsunlar.



*** 

14.04.2014


avtosfer.az saytında yeni layihəyə start verilir. Hər həftə yol hərəkətinə aid müxtəlif suallarla oxucuların, xüsusən də, sürücü oxucuların bilik və bacarıqlarını yoxlayacağıq. Bu dəfə təqdim etdiyimiz fotomaterial yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunub və dairəvi hərəkətin fərqli bir formasını göstərir. Dairədə qırmızı və boz rəngli avtomobillər var. Sizcə, bu dairədə hərəkət üstünlüyü hansı avtomobilə məxsusdur?

Qeyd: Xahiş edirik ki, hansı nəqliyyat vasitəsinin üstünlüyə malik olduğunu yazdığınız təqdirdə, bunu əsaslandırmağa da çalışın. Bu həftənin qalibinin cavabı və fotosu avtosfer.az saytında yerləşdiriləcək. Hər birinizə uğurlar arzulayırıq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Farid | 0 0000 00:00
Sagdaki mashin ustunluye malikdir.
Elmir | 0 0000 00:00
Boz mashina
Gulnar | 0 0000 00:00
qirmizi
Safar | 0 0000 00:00
Cavab: Üstünlük boz maşındadır.
Cavid Ismayilov | 0 0000 00:00
Üstünlük boz maşındadır.Boz maşının qaşısında 4.3 yəni dairəvi hərəkət haqqında məlumat nişanı,və 2.1 baş yol nişanı və baş yolun istiqamətinı göstərən məlumat lövhəciyi boz maşının hərəkət üstünlüyünə malik olduğunu göstərir.Nəzərə alsaq ki,boz maşın baş yolun istiqamətini göstərən əlavə lövhəcikdəki istiqamətdə hərəkətini davam etdirəcək.
Rashad | 0 0000 00:00
Daireye daxil olan avtomobil
Sülhəddin Ələsov | 0 0000 00:00
Cavab: Burada iki üstün cəhət var ki , boz rəngli avtomobil ustunluyə malikdir ,qırmızı rəngli avtomoblin qarşısında yol verin tələbi olan nişanın olması və boz rəngli avtomobilin baş yolda olması boz rəngli avtomobilin üstünlüyə malik olduğunu göstərir
Rauf | 0 0000 00:00
Ustunluk daireye daxil olmaqda olan boz masinindir..Hem bas yoldadir hem de dairede olan qirmizi avtomobile yol ver nisani qoyulub
Zaur Hasanov | 0 0000 00:00
8km Mashin Bazarinda kiyol kimidir bu shekil Ustunluk daireye daxil olmaqda olan boz masinindir.
Ferid | 0 0000 00:00
Dairədə hərəkət üstünlüyü Boz rengde olan maşındadır.
kenan | 0 0000 00:00
Hereket ustunluyu boz masinindir.
zaur babayev | 0 0000 00:00
Ustunluk qirmizi mawinindi. Cunki daireye daxil olan mawin ucun daire iwaresi var. Bu da o demekdir ki ustunluk dairede hereket eden neqliyyat vasitesinindir
Vaqif | 0 0000 00:00
дорога красной машины. потому, что она уже на кругу, т.е. начала свой маневр. а серая только начинает. не смотря на то, что дорога ее по знаку, она должна дать возможность завершить маневр машине, которая его уже начала, т.е. красной