Maşını saxlayan kimi qapını açanda belə olur - VİDEO

Avtoxəbər 21 İyun 2014 01:18 Oxunub 4808
Maşını saxlayan kimi qapını açanda belə olur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda sürücünün səhlənkarlığı yüngül qəza ilə nəticələnib

Bakıda sürücünün səhlənkarlığı yüngül qəza ilə nəticələnib. Avtosfer.az saytı DİN Baş Dövlət Yol Polisi İdarəsindən həmin qəzanın videosunu əldə edib. Videodan da aydın olur ki, yolun kənarında avtomobili park edən «Nissan» markalı avtomobilin sürücüsü qəflətən qapını açıb yerə düşmək istəyərkən arxadan yaxınlaşan digər «Nissan» markalı avtomobillə toqquşma baş verib. Qara rəngli avtomobilin sürücüsü təhlükəsizlik qaydalarına əməl etmədiyi, avtomobildən düşməzdən əvvəl yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmadığına fikir vermədən qapını açdığı üçün əlbəttə, qəzanın səbəbkarı odur. Hər halda, sürücülər belə şəraitdə diqqətli olmalıdır. Avtomobilin yan güzgüləri məhz onun üçündür ki, maşından düuuml;şməzdən əvvəl yaxınlaşmaqda olan nəqliyyat vasitəsini müşahidə edək.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh