Bakıda iki qadını maşın vurdu: 1-i öldü

Gündəm 11 Oktyabr 2015 00:08 Oxunub 1155
Bakıda iki qadını maşın vurdu: 1-i öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki hadisə Nərimanovda qeydə alınıb; sürücülərdən biri qaçıb

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 9-da saat 10 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Sabirabad rayon sakini Xəyal Abbasov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rəqsanə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş R.Zeynalova ölüb. Oxşar hadisə Nərimanov rayonu F.X.Xoyski prospektində də baş verib. Prospektdə müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Ləman Aslanova vurub. L.Aslanovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hər iki faktla bağlı Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh