Naməlum avtomobilin vurduğu piyada öldü

Qəzalar 12 Oktyabr 2015 01:27 Oxunub 1181
Naməlum avtomobilin vurduğu piyada öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 11-də axşam saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda qeydə alınıb. Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev yolu keçmək istəyərkən markası və dövlət nömrə nişanı hələlik məlum olmayan avtomobil tərəfindən vurulub. M. Mirzəyev Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh