Ağır qəza törədən sürücü xəstəxanada öldü

Qəzalar 12 Oktyabr 2015 13:53 Oxunub 1121
Ağır qəza törədən sürücü xəstəxanada öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Nobel prospektində qeydə alınıb.

Bakı şəhər sakinləri – 1996-cı il təvəllüdlü Teymur Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 1983-cü il təvəllüdlü Yuravel Ruslan oğlu Lvoviçin sürdüyü avtomobillə toqquşub. 

Teymur Süleymanova xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh