Bakıda avtomobilin qarşısını kəsib pul tələb etdilər

Gündəm 12 Oktyabr 2015 14:38 Oxunub 1314
Bakıda avtomobilin qarşısını kəsib pul tələb etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməliyyat-axtarış tədbirləri aparılır

Bakıda quldurluq hadisəsi baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki,  oktyabrın 10-da Bakı şəhər sakini Qabil Abdullayev Sabunçu RPİ 12-ci PB-yə müraciət edərək həmin gün Sabunçu qəsəbəsində paytaxt sakini İsmayıl Rüstəmovun idarə etdiyi “VAZ-2104” markalı avtomobildə sərnişin qismində gedərkən “VAZ-2107” markalı avtomobillə qarşısının kəsilməsini və maşından düşmüş 2 şəxsin onu bıçaqla hədələyərək 753 manatını və mobil telefonunu alıb hadisə yerini tərk etməsini bildirib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü -  Bakı şəhər sakinləri Rövşən Hüseynov tutulub, sərnişini isə müəyyən edilib.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh