Boyu 165 santimetrdən yuxarı olanların nəzərinə

Yol polisi 12 Oktyabr 2015 18:08 Oxunub 7196
Boyu 165 santimetrdən yuxarı olanların nəzərinə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN vakant yerlərin siyahısını təqdim edir

Daxili İşlər Nazirliyi Polis Akademiyasında vakant olan yerlərə müsabiqə elan edir. Avtosfer.az xəbər verir ki, müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.

Namizədlər müsabiqədə iştirak üçün bu elanda göstərilmiş ünvanda fəaliyyət göstərən komissiyaya müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (qadınlar istisna olmaqla) və əmək kitabçasını

Müsabiqənin şərtlərinə cavab verməyən namizədlərin sənədləri qəbul edilməyəcək. 

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş tapşırıqlar və normativlər üzrə yoxlanılır.

 

Vakant yerlərin siyahısını təqdim edirik:

 

Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının mühəndis-proqramçısı vəzifəsinə namizəd- dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphi proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və racle verilənlər bazasının idarə edilməsi sistemlərinin iş prinsipləri haqqında biliyə malik olmalıdır. 

Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının müəllimi vəzifəsinə namizəd- hüquqşünaslıq ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş və pedaqoji staja malik və elmi-tədqiqat işləri ilə məşğul olmalıdır. 

Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifəsinə namizəd- ingilis dili ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş, pedaqoji staja malik və elmi-tədqiqat işləri ilə məşğul olmalı, habelə ingilis dilini mükəmməl səviyyədə bilməlidir.

Hərbi kafedranın müəllimi vəzifəsinə namizəd- hərbi təhsil müəssisələrini və dövlət ali təhsil müəssisələrini hərbi istiqamət üzrə bitirməli, pedaqoji staja malik olmalıdır.

Xüsusi texnika kafedrasının müəllimi vəzifəsinə namizəd- dövlət ali təhsil müəssisələrinin texniki istiqamətlər üzrə magistr pilləsini bitirməli, kompyuterdə mükəmməl işləmək bacarığına malik olmalıdır. 

Beynəlxalq əməkdaşlıq qrupunun baş inspektoru vəzifəsinə namizəd- dövlət ali təhsil müəssisələrinin hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, habelə ingilis dilini mükəmməl səviyyədə bilməli, kompyuterdə işləmək bacarığı olmalıdır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elmar 14 Oktyabr 2015 01:14
Ali tehsilim var ixtisasim komputer muhendisliyi hara muarciet etmek lazimdir. Avtosfer.az-dan: Yazinin icinde yazilib hara muraciet etmek lazimdir.
Rövşən 13 Oktyabr 2015 23:58
Orta ixtisasla qebul oluna biler
yusif 13 Oktyabr 2015 21:43
hara muraciyet edek
Cahan 13 Oktyabr 2015 01:13
Bes senedleri hara vermelidirler o hakdada melumay yazin zehmet olmasa
imran 12 Oktyabr 2015 20:56
orta mektebi bitirenler qebul oluna bilermi attestatnan