Gəncədə maşın bacı-qardaşı vurdu

Qəzalar 13 Oktyabr 2015 02:27 Oxunub 1240
Gəncədə maşın bacı-qardaşı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Dəmir Yol Vağzalı yaxınlığında baş verib

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Dəmir Yol Vağzalı yaxınlığında baş verib. Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Eşqin Məmmədov onun bacısı, 1987-ci il təvəllüdlü Aytən Məmmədova və 1994-cü il təvəllüdlü Fərqanə Əlibəyova yolu keçmək istəyərkən hələ ki, markası məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh