Məktəbli "Mercedes"lə qəza törətdi və öldü

Qəzalar 13 Oktyabr 2015 12:48 Oxunub 1241
Məktəbli "Mercedes"lə qəza törətdi və öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, rayonun Xəlisli kəndində 15 yaşlı Ziyadzadə Fərid Murad oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 CM 281 nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə yeniyetmə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəzaya düşən F.Ziyadzadə orta məktəbin 9-cu sinif şagirdi olub. Sürücülük vəsiqəsi olmayan məktəbli atasının maşınını idarə edirmiş.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh