Üç saatda 40 sürücü cərimələndi - REYD

Yol polisi 13 Oktyabr 2015 22:29 Oxunub 1708
Üç saatda 40 sürücü cərimələndi - REYD
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axşam saatlarında başlanılan reyd Heydər Əliyev prospektində keçirilib

Siyəzən rayon Polis Şöbəsinin dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində avtoreyd keçirib. 3 saat müddətində davam edən reyd zamanı 40-a yaxın yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb. Avtosfer.az «Region» TV-yə istinadən xəbər verir ki, axşam saatlarında başlanılan reyd Siyəzən şəhəri, Heydər Əliyev prospektində keçirilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan, avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər saxlanılaraq, barələrində protokol tərtib olunub.

Siyəzən şəhəri ərazisinə iritonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan belə nəqliyyat vasitələri də saxlanılaraq duracağa aparılıb. Reyd zamanı polisin saxla əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.

Reyd zamanı ümumilikdə 40-a yaxın qayda pozuntusu aşkarlanıb, 2 nəfər sürücünün sərxoş olduğu müəyyənləşdilərək müvafiq tədbirlər görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh