Xaçmazda iki avtomobil toqquşdu, sürücü öldü - FOTO

Qəzalar 13 Oktyabr 2015 22:51 Oxunub 1095
Xaçmazda iki avtomobil toqquşdu, sürücü öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, Xaçmaz-Xudat avtomobil yolunun 38 km-də, Palçıqoba kəndinin ərazisindən keçən hissədə 27-BG-892 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə 27-BC-850 dövlət nömrə nişanlı "VAZ 2101" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan "VAZ-21011" avtomobilinin sürücüsü, Xacmaz rayonunun Uzunoba kənd sakini Cəlal Buxsay oğlu Ağayev xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisə nəticəsində daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh