Minik maşını yük avtomobili ilə toqquşub

Qəzalar 13 Oktyabr 2015 23:10 Oxunub 1125
Minik maşını yük avtomobili ilə toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində iki nəfər yaralanıb

Ağcabədi rayonunda minik və yük avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Ağdam istiqamətində hərəkətdə olan "KamAZ" markalı yük maşını Ağcabədi istiqamətində gedən "VAZ 2107" ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü və qadın sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon Polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh