Bakıda qarpıza görə zəncirvari qəza baş verdi

Qəzalar 19 İyun 2014 13:34 Oxunub 1883
Bakıda qarpıza görə zəncirvari qəza baş verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra minik maşınları yararsız vəziyyətə düşüb

Dünən gecə Bakının Nizami rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza Babək prospektində, üzü maşın bazarı istiqamətində hərəkət edən yolda baş verib. Qəza zamanı “Hyundai” , “Lada” və “Qazel” markalı yük maşını toquşub. Hadisənin necə baş verməsinə gəlincə isə, qəzadan əvvəl “Hyundai”ın sahibi avtomaşını yol kənarında saxlayaraq qarpız almaq üçün düşüb. Alış-veriş zaman isə üzü maşın bazarı istiqamətində yüksək sürətlə hərəkət edən “Lada” markalı avtomaşın arxadan “Hyundai”ya çırpılıb. Sonuncu nəqdiyyat vasitəsi isə öz növbəsində qarşıda dayanan yük maşının arxa hissəsinə dəyib. Qəzadan sonra minik maşınları yararsız vəziyyətə düşüb. Qəzanın səbəbkarı olan “Lada”nın sürücüsü isə hadisədən sonra idarə etdiyi maşını ataraq sərnişinləri ilə birlikdə hadisə yerindən uzuqlaşıb. Hadisə ilə bağlı ərazidə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülərin sənədlərinə baxış keçirilib və onların ifadələri alınıb. Hazırda polislər qəzanı törədən “Lada”nın sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalarını davam etdirirlər. Qəzanın səbəbləri isə təyin olunmuş avto texniki ekspertizanın rəyindən sonra məlum olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh