Bakıda polisi döydülər

Yol polisi 14 Oktyabr 2015 11:44 Oxunub 1477
Bakıda polisi döydülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəbiyev göz və sinə nahiyəsindən xəsarət alıb

Bakının Nəsimi rayonunda polis əməkdaşı döyülüb. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Bülbül prospekti, 46 ünvanının qarşısında baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Pərviz Kamran oğlu Əliyev xuliqanlıq zəminində Nəsimi Rayon Polis İdarəsi təminat hissəsinin kiçik inspektoru, polis serjantı Etibar Nadir oğlu Nəbiyevi döyüb. Etibar Nəbiyev göz və sinə nahiyəsindən xəsarət alıb. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsində təhqiqat aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh