İki yük maşını toqquşub, xəsarət alanlar var

Qəzalar 14 Oktyabr 2015 11:56 Oxunub 1573
İki yük maşını toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gün saat 06.30 radələrində Ələt-Astara magistralının Salyan rayonu ərazisində baş verən avtoqəzada sürücü ağır xəsarət alıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, yolun 14-cü kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndində Astara rayonu Kijəvə qəsəbə sakini, 1977-ci il təvəllüdlü Rəhmətov Seyran Səadət oğlunun idarə etdiyi "Mercedes Atego" markalı, 07 BF 778 dövlət nömrə nişanlı yük avtomobili ilə Rusiyanın Dağıstan vilayətinin vətəndaşı, 1978-ci il təvəllüdlü Abdullayev Vəlixan Maksurapes oğlunun idarə etdiyi "VOLVO" markalı, E 929 HX 05 dövlət nömrə nişanlı TIR toqquşub.

Nəticədə S. Rəhmətov ağır xəsarət alaraq, Bakı xəstəxanalarından birinə yerləşdirilib. Digər sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasında ambulator yardım alaraq buraxılıb. Hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh