Ağdamda iki avtomobil toqquşdu: 5 nəfər yaralandı

Qəzalar 14 Oktyabr 2015 12:00 Oxunub 1187
Ağdamda iki avtomobil toqquşdu: 5 nəfər yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdamda gənc idmançıları daşıyan mikroavtobusla minik avtomobili toqquşub, yaralananlar var. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Ağdamın Quzanlı qəsəbəsində baş verən qəza zamanı Şahbaz İbrahimovun idarə etdiyi “RAF” markalı mikroavtobusla “Lada Priora” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən mikroavtobus yolun kənarındakı beton maneəyə çırpılıb. Quzanlıdakı Olimpiya İdman Kompleksindən çıxan yeniyetmə idmançıları daşıyan mikroavtobusda olanlardan 5 nəfər yaralanıb. Onlardan 4-ü Ağdam rayon mərkəzi Xəstəxanasına, 1-i isə vəziyyəti qismən ağır olduğu üçün Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Qəza zamanı xəsarət alan şəxslər bunlardır:

 

1.Sahib Əsgərov (Ağdam MRX-sı)

 

2.Eltac Fərəcov (Ağdam MRX-sı)

3.Ruslan Məhərrəmov (Ağdam MRX-sı)

4.Kərim Kərimli (Ağdam MRX-sı)

5.İlkin Quliyev (Bərdə MRX-sı)

Hazırda faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh