“Niva”nın sürücüsü polisi təpikləyib paqonunu cırdı

Yol polisi 14 Oktyabr 2015 12:25 Oxunub 3368
“Niva”nın sürücüsü polisi təpikləyib paqonunu cırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır

Tovuzda vətəndaşlarla polislər arasında güclü dava olub. Avtosfer.az xəbər verir ki, bu barədə Tovuz Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Belə ki, toydan sərxoş vəziyyətdə çıxan Mübariz Murğuz oğlu Nəsibov idarə etdiyi 60- BP- 121 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobillə hərəkətdə olarkən ərazidə xidmət aparan Tovuz Rayon Yol Patrul Xidmətinin əməkdaşları- İlqar İbrahimov, Ramil Əhmədov və Hikmət Quliyev sürücüdən avtomobili saxlamasını və sənədlərini təqdim etməsini tələb ediblər. 

Sürücü sənədlərini təqdim etmədikdə onlar arasında mübahisə yaranıb. Polis əməkdaşları sürücünün sərxoş olduğunu görüb alkoqol müayinəsinə aparmaq istədikdə isə Mübariz Nəsibov polislərdən birinə təpik vurub, digərinin isə paqonunu cırıb. 

Elə bu zaman sürücünün arvadı avtomobildən düşüb və qışqıraraq insanları əraziyə toplamağa başlayıb. Hadisə yerinə gələn sakinlər- Fəxrəddin Xəlilov, Qoşqar Əlixan oğlu, Sərxan Mahmudov, Ramin Namazov, Seymur Quliyev, Turab Namazov və Fariz İbrahimovla da polislər arasında mübahisə yaranıb. Sakinlərlə polislər arasında mübahisə zamanı sürücü ərazidən qaçıb.

Adı çəkilən şəxslərin bütün əməlləri polis avtomobilində yerləşdirilmiş avto registrator vasitəsi ilə qeydə alındığı üçün onlar Tovuz Rayon Polis İdarəsinə gətirilib.

Hadisə vaxtı xəsarət alan polis əməkdaşı Hikmət Quliyev isə xəstəxanaya yerəşdirilib.

Ərazidən qaçan sərxoş sürücü də bu gün səhər saxlanılaraq idarəyə gətirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh