Polis mayoru adam vurdu və...

Yol polisi 15 Oktyabr 2015 17:27 Oxunub 1684
Polis mayoru adam vurdu və...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanı törətdikdən sonra hadisə yerindən qaçdı

Oktyabrın 15-ə keçən gecə Şabran rayonu, Heydər Əliyev prospektində rayon sakini 1979-cu il təvəllüdlü Soltanova Gülşahnaz Məlikqızını vuran sürücünün kimliyi müəyyənləşib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs Şabran rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir. O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb. Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh