Qonşusunu dişləyən sərnişin öldü

Maraqlı 19 Oktyabr 2015 11:56 Oxunub 1585
Qonşusunu dişləyən sərnişin öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, təlaşa düşdükdən sonra huşunu itirib

Lissabon-Dublin reysinin sərnişini təlaşa düşən zaman ona yardım etməyə çalışan, yanında oturan qonşusunu dişləyib, İrland nəşri Irish Independent məlumat yayıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, İrlandiyanın iri aviadaşıyıcısı Aer Lingus şirkətinə məxsus təyyarənin kapitanı Kork beynəlxalq aeroportunda təcili eniş üçün izin istəyib, 24 yaşlı portuqaliyalı sərnişin təlaşa düşdükdən sonra huşunu itirib.  

Yerli vaxtla saat 17.40-da təyyarə endikdən sonra tibb işçiləri oğlanın öldüyünü bildiriblər. Kork beynəlxalq aeroportunda polis əməkdaşları 168 sərnişini və 6 heyət üzvünü dindiriblər. İstintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh