«Bu şəhərdə»nin Rafael və Coşqunu avtobusda bələdçi işləyir - FOTO

Maraqlı 20 Oktyabr 2015 23:44 Oxunub 1928
«Bu şəhərdə»nin Rafael və Coşqunu avtobusda bələdçi işləyir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək»

«Bu şəhərdə»nin kollektivi “ASAN könüllülər” təşkilatının maarifləndirici təşəbbüsü olan “Nəqliyyat bələdçisi” aksiyasına qoşulub. Avtosfer.az-ın məlumatına görə, ASAN könüllülər”dən Azərtac-a bildirilib ki, Coşqun Rəhimov, Rəfael İsgəndərov və Müşviq Abbasov “Nəqliyyat bələdçisi” aksiyasına dəstək olaraq vətəndaşları ictimai nəqliyyatdan düzgün istifadəyə çağırıblar.

Qeyd edək ki, “Nəqliyyat Bələdçisi” təşəbbüsü çərçivəsində “ASAN könüllüləri” təşkilatı nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsədi ilə istifadəyə verilən "BakuBus” avtobuslarında sərnişinlərin avtobuslara növbəli şəkildə daxil olması, kartdan düzgün istifadə etməsi, avtobuslara daxil olarkən və düşərkən müvafiq təlimatlara riayət etməsi qaydaları ilə əlaqədar sərnişinləri maarifləndirəcək. “Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə keçirilən layihədə 500-ə qədər könüllünün iştirakı nəzərdə tutulub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh