İranda məşhurlaşan azərbaycanlı yol polisi kimdir? – «Hamıya protokol yazır»

Yol polisi 22 Oktyabr 2015 01:48 Oxunub 3927
İranda məşhurlaşan azərbaycanlı yol polisi kimdir? – «Hamıya protokol yazır»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbrizdəki taksi sürücüləri Mingəçevirdə onlara protokol yazan Qənbər adlı yol polisini tez-tez xatırlayırlar

Elxan Rəşidov adlı facebook istifadəçisi öz profilində maraqlı bir status paylaşıb. Avtosfer.az onun yazdıqlarını kiçik orfoqrafik səhvləri düzəltməklə olduğu kimi təqdim edir:

«Bir dəfə Təbrizdə olanda taksi sürücümüz qarşısına "protiv" yoldan çıxan digər sürücü haqqında gülə-gülə, «Qənbər olaydı burda, səndə "protiv" dönəydin!" dedi və üzümə baxıb davam etdi: «Ağa, Mingəçevirdə "QAİ"-də «ofiser» (zabit) işləyən Qənbəri deyirəm, tanıyırsanmı onu?». Cavab verdim ki, "hə, tanıyıram. Ancaq onun Təbrizə nə dəxli?". Sürücü sözünə davam elədi ki, "içi mən qarışıq bizim Təbriz taksi sürücülərinin bir neçəsi Mingəçevirdə öz maşınımızla olmuşuq. Orda olanda yolu düz sürsək də, Qənbər bizi saxlayıb ayrı-ayrı vaxtlarda hamımıza protokol yazıb. İndi Təbrizdə "Qənbər olaydı, sən də belə sürəydin" cümləsi bütün taksi sürücülürərinin dilində zərbi-məsələ çevrilib".

Özü bu tayda olsa da, adını o tayda "zərbi-məsələ" çevirən YPX zabitinə kimin nə sözü ola bilər?!!".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh