Yol polisindən rayonlardan Bakıya taksi ilə gələnlərə xəbərdarlıq

Yol polisi 22 Oktyabr 2015 15:38 Oxunub 2913
Yol polisindən rayonlardan Bakıya taksi ilə gələnlərə xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Şəhərin kənarlarındakı avtodayanacaqlara qədər taksi ilə, oradan Bakıya isə avtobusla gəlin!»

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi rayonlardan Bakıya taksi ilə gələnlərə müraciət edib. Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakinlərinin avtonəqliyyat vasitələrindən rahat istifadə etmələri və yollarda sıxlığın aradan qaldırılması məqsədi ilə Bakı şəhər DYP respublikanın bölgələrindən “taksi” xidmətinin fəaliyyətindən istifadə etməklə Bakı şəhərinə gələn vətəndaşların diqqətinə çatdırır ki, Bakı-Astara yolunun 14-cü km-də və Bakı-Quba yolunun Xırdalan şəhərinin girəcəyində (“Riyad” ticarət mərkəzinin yaxınlığında) yerləşən avtodayanacaqlara qədər həmin nəqliyyat vasitələri ilə gələrək, oradan şəhərə qədər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər. 

Eləcə də respublikamızın bölgələrinə gedən vətəndaşların da nəzərdə tutulan dayanacaqlardan “taksi” xidmətindən istifadə etməklə yollarına davam etdirmələri tövsiyyə olunur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh