Bu avtobusların sahibi hansı məmurdur - FOTOLAR

Xəbərlər 21 İyun 2014 01:18 Oxunub 3007
Bu avtobusların sahibi hansı məmurdur - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşı yola çıxaraq qəza şəraiti yaradan avtobus sürücüləri vətəndaşların iradlarına kobud cavab verirlər

Pərvin Əhmədov adlı oxucu Avtosfer.az saytına Bakıda avtobus sürücülərinin özbaşınalığını əks etdirən fotomateriallar göndərib. Oxucu yazır ki, bu fotoları iyunun 18-də, saat 19:35 radərəlirində «Azadlıq» metrostanisyasından Binəqədi rayonuna gedən yolda çəkib: «Göründüyü kimi, 79, 133, 165 saylı avtobuslar qarşı yola çıxaraq qapısı açıq vəziyyətdə yüksək sürətlə hərəkət edirlər. Avtobusda olan sərnişinlərin həyatını təhlükəyə atmaqla yanaşı, qarşıdan gələn avtomobillər üçün də qəza şəraiti yaradırlar. Dəfələrlə irad tutsaq da, «Biz beləyik, kimə istəyirsiniz deyin» deyirlər. Nəzərə alsaq ki, bu xəttin sahibi hansısa məmurdur, o səbəbdən də bu avtobusların sürücüləri ilə üz-üzə gələn polis əməkdaşları belə heç nə olmamış kimi keçib gedirlər. Bütün bu olanlar guya bizim təhlukəsizliyimizi təmin edən müşahidə kameralarının nəzarəti altında olur. Amma fakt odur ki, indiyə kimi həmin avtobus sürücülərinin birinə də «gözün üstə qaşın var», «belə etmə, qanunu pozursan» deyən olmayıb. Anlaya bilmirik ki, bu yerdə qanun şahdır, yoxsa şah qanun? Xahiş edirik ki, bunu müəyyənləşdirməkdə bizə öz köməkliyinizi edəsiniz».

Pərvin Əhmədovun sualına cavab tapmaq üçün bu məktuğu Avtosfer.az saytı ona görə dərc edir ki, aidiyyatı orqanlar oxuyub tədbir görsünlər. Bununla da, oxucunun sualına cavab tapmış olarıq.


Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh