Vaqif Əsədov şayiələrə son qoydu

Yol polisi 26 Oktyabr 2015 12:46 Oxunub 3145
Vaqif Əsədov şayiələrə son qoydu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Məzuniyyətə çıxmışdım. Ölkə xaricində istirahət edirdim. İnşallah, ayın 1-dən iş başında olacam"

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov noyabrın 1-dən yenidən iş başında olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə açıqlamasında bölmə rəisi özü məlumat verib. Onun sözlərinə görə, hazırda məzuniyyətdədir və noyabrın 1-dən xidməti fəaliyyətinə davam edəcək. V.Əsədov özü barəsində KİV-lərdə və sosial şəbəkələrdə guya işdən çıxarılması və ağır xəstələnməsi ilə əlaqədar yer alan şayiələrin həqiqətə uyğun olmadığını deyib: "Məzuniyyətə çıxmışdım. Ölkə xaricində istirahət edirdim. İnşallah, ayın 1-dən iş başında olacam".

Qeyd edək ki, bəzi media orqanlarında V.Əsədovun işdən azad edilməsi barədə məlumatlar var idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh