Maşınını satıb pulunu "Fənərbaxça"nın qələbəsinə qoydu və... - VİDEO

Maraqlı 27 Oktyabr 2015 02:08 Oxunub 4324
Maşınını satıb pulunu "Fənərbaxça"nın qələbəsinə qoydu və... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fənərbaxça” 2 xaldan, İzzət də 70 min lirədən olub

“Fənərbaxça”lı azarkeş totalizatora qoyduğu 70 min lirəni (təxminən 24 min manat) uduzdu. Ötən həftə İzzət adlı bir “Fənərbaxça”lı azarkeşin şəxsi avtomobilini sataraq “Fənərbaxça” – “Qalatasaray” derbisində ev sahiblərinin qələbəsi üçün hesaba keçirməsi videosu sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri idi. Bir anda Türkiyədə gündəmi zəbt edən həmin azarkeş dünən gecə böyük şok yaşayıb. Belə ki, “Fənərbaxça” öz meydanında “Qalatasaray”la 1-1 bərabərə qalıb və İzzət maşınını uduzub. “Fənərbaxça” 83-cü dəqiqəyə qədər hesabda 1-0 öndə olub. Lakin, həmin dəqiqədə “Qalatasaray”a bərabərlik qolunu qazandıran Olcan Adın həm “Fənərbaxça”ya, həm də İzzətə böyük şok yaşadıb. “Fənərbaxça” 2 xaldan, İzzət də 70 min lirədən olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh