Sürücülər üçün mühüm sığorta xəbəri - Mütləq baxın! - VİDEO

Öyrənək 27 Oktyabr 2015 23:37 Oxunub 3033
Sürücülər üçün mühüm sığorta xəbəri - Mütləq baxın! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Savadsız qəza komissarları mübahisələrin artmasına səbəb olur

Qəza anında hadisə yerinə gələn sığorta şirkətlərinin komissarları bəzən hadisənin necə baş verdiyini əsaslandırmaqda çətinlik çəkir. Nəticədə isə dəyən ziyanı əldə edə bilməyən sığortalı ilə sığorta şirkəti arasında mübahisələr baş verir. Bəzən bu mübahisələr illərlə davam edən məhkəmə mübahisələrinə də çevrilir.

Avtomobil sığortası ilə bağlı mübahisələr və məhkəmə çəkişmələrinin bir qismi qəza komissarlarının təcrübəsizliyindən qaynaqlanır. Əslində, qəza komissarı kimi işləyən sığorta ekspertlərinə qarşı bir sıra tələblər qoyulmalıdır. Tələblərə cavab verməyənlərin qəza komissarı kimi fəaliyyət göstərməsi nəticəsində yaranan mübahisələr illərlə davam edən məhkəmə çəkişməsinə çevrilir. Ekspertlər mübahisəli vəziyyətin yaranmaması üçün avtomobil sahiblərini bəzi nüanslara diqqət etməyə çağırırlar.

Mütəxəssislər sığorta şirkətləri ilə avtomobil sahibləri arasında mübahisələrin yaşanmaması üçün qəza anında zaman amilinə də diqqət edilməli olduğunu bildirirlər. Çünki sığorta şirkətinə gec məlumat verilərsə bu hal, şübhəli məqam kimi qeydə alınır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh