Polisdən avtomobil soyğunu və maşın qaçıranlarla bağlı məlumat

Yol polisi 29 Oktyabr 2015 12:20 Oxunub 1560
Polisdən avtomobil soyğunu və maşın qaçıranlarla bağlı məlumat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda maşınları qarətt edənlər və iki avtomobili qaçıranlar həbs edilib

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt ərazisində avtomobilləri qarət edənlər və maşın qaçırılması ilə bağlı məlumatlar yayıb. İdarədən Avtosfer.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrlın 27-də H.Məmmədov küçəsində yaşayan Vüqar İsmayılzadəyə məxsus «Subaru» markalı avtomobildən, şüşəni sındırmaqla içərisində telefon ləvazimatları olan əl çantası oğurlamaqda şübhəli Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, onlar oktyabrın 14-də M.Sənani küçəsində Namiq Quliyevə məxsus «Mercedes», oktyabrın 20-də O.Əliyev küçəsində Əsli Ağağülovaya məxsus «Nissan», A.M.Cümə küçəsində Aysel Teymurovaya məxsus «Kia-Cerato» və oktyabrın 27-də F.X.Xoyski küçəsində Kəmalə Abdurəhimova məxsus «Hyundai-Elantra» markalı avtomobillərdən pul, mobil telefon, sənədlər və digər əşyalar oğurlayıblar. 

BDYPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Bakı şəhər sakini Qaraş Məmmədova məxsus «Daewoo-Centra» markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Seyran Allahverdiyev oktyabrın 28-də Bakı - Qazax yolunun 350-ci kilometrliyində saxlanılıb.

Bakı şəhər BPİ TŞX, Nərimanov RPİ 17-ci PB - TŞX və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-nə keçən gecə, Pyua küçəsindən Talıb Şirinova məxsus «Kamaz» markalı avtomobili qaçırmaqda şübhəli bilinən - Salyan rayon sakinləri - 1978-ci il təvəllüdlü İkram Əliyev və 1991-ci il təvəllüdlü Əhmədağa Cəbrayılov avtomobillə birlikdə tutulublar.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh