Yarı təyyarə, yarı avtomobil – VİDEO

Maraqlı 2 Noyabr 2015 17:44 Oxunub 1823
Yarı təyyarə, yarı avtomobil  – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə formalı maşın düzəltmək Marka 10 min dollara başa gəlib

ABŞ-ın Corciya ştatında yaşayan Mark Rey istehsal etdiyi daha bir qəribə nəqliyyat vasitəsi ilə sakinləri heyrətləndirib. Bir müddət əvvəl qayıqla avtomobili sintez edən amerikalı, bu dəfə  qanadlı və pərli maşını ilə diqqət mərkəzinə düşüb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, 56  yaşlı Mark yeni və fərqli ideyaları çox sevir. Həm avtomobil, həm də təyyarə çoxdan kəşf olunsa da, o sözügedən nəqliyyat vasitələrini birləşdirmək qərarına gəlib. Texnologiyanın sürətli inkişafı hər nə qədər bizdən uçan avtomobillər gözləsə də, Mark Rey avtomobil xarakterli təyyarə hazırlayıb.  Əslində ABŞ-da tez-tez texniki nasazlığa görə kiçik mühərrikli təyyarələrin  avtomobil yoluna enməsi tez-tez qeydə alınır. Amma Mark Reyin sayəsində avtomobil yolunda təyyarənin hərəkət etməsi artıq Corciyalılar üçün adi hala çevrilib.

Nə qədər qəribə səslənsə də, Mark Rey  nə olduğu bəzən sözün əsl mənasında bilinməyən nəqliyyət vasitəsini avtomobil yolunda idarə etmək üçün lazımi rəsmi icazə də ala bilib.

Təyyarə formalı maşın düzəltmək Markın vaxtı ilə yanaşı 10 min dollarını da aparıb. Hələlik satmaqda tərəddüd etsə də, yaxşı qiymət təklif olunacağı halda düşünəcəyini də gizlətməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh