Bakıda motosikletlə hərəkət qadağan edildi - 6 yerdə

Yol polisi 4 Noyabr 2015 16:32 Oxunub 1294
Bakıda motosikletlə hərəkət qadağan edildi  - 6 yerdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gələcəkdə də həmin nişanları çox yerdə görəcəksiniz"

Bakının bəzi ərazilərdə motosikletlə hərəkət qadağan ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun baku.ws-ə verdiyi məlumata görə, artıq bununla bağlı xüsusi nişanlar qoyulur. Onun sözlərinə görə, bir neçə gün əvvəl Neftçilər prospektində quraşdırılan motosikletlə "hərəkət qadağandır" nişanı artıq bir neçə ərazidə quraşdırılıb. "Artıq Bakıda 6 yerdə belə nişan qoyulub. Gələcəkdə də həmin nişanları çox yerdə görəcəksiniz. Hazırda "Siqnal” idarəsi bununla bağlı araşdıma aparır. Əhalinin sıx məskunlaşdığı yerlərdə belə nişanlar qoyulacaq”, - deyə Vaqif Əsədov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh