Qəzaya düşən zabit xəstəxanada öldü

Avtoxəbər 24 İyun 2014 13:27 Oxunub 1574
Qəzaya düşən zabit xəstəxanada öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Leytenant Arif Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb

Bir neçə gün əvvəl qəzaya düşən Daxili Qoşunların zabiti xəstəxanada dünyasını dəyişib. APA-nın məlumatına görə, iyunun 16-da Şirvan şəhərində qəzaya düşən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov aldığı xəsarətlərdən ötən gün müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, məlum hadisə iyunun 16-da Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh