Polis əməkdaşlarına vacib xəbər – Avtobusa pul ödəyin

Yol polisi 10 Noyabr 2015 15:00 Oxunub 3521
Polis əməkdaşlarına vacib xəbər – Avtobusa pul ödəyin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislərə mülkü formada avtobusdan pulsuz istifadə qadağan edildi

Bir ay əvvəl polis əməkdaşının mülkü geyimdə avtobusa gedişhaqqı ödəməsi geniş müzakirələrə səbəb olmuşdu. Hətta, avtobus sürücsü həmin əməkdaşla mübaşisə edərək gedişhaqqını ödəməyi tələb etmişdi. Sonradan Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlaması oldu və bildirildi ki, polis əməkdaşları ictimai nəqliyyatdan yalnız xidmətdə olarkən pulsuz istifadə edə bilər.

Bu gün isə bir neçə polis əməkdaşı Avtosfer.az-a bildirib ki, avtobuslarda mülkü geyimdə istifadə edən polislərdən gedişhaqqı tələb olunub. Polis əməkdaşları mülkü geyimdə olsalar da, xidmət olduqlarını deyiblər. Lakin avtobus sürücüləri yenə də onlardan gedişhaqqı tələb edib. Sürücülərin dediyindən belə aydın olub ki, «Baku Bus» şirkətinin rəhbərliyi mülkü geyimdə avtobusa minən polis əməkdaşlarının gedişhaqqını ödəməsi barədə göstəriş verib. Bu səbəbdən də avtobus sürücüləri yalnız polis geyimində olanlara güzəşt edirlər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh