DYP-dən növbəti reyd: 34 sürücü cərimələndi - VİDEO

Yol polisi 12 Noyabr 2015 16:57 Oxunub 1491
DYP-dən növbəti reyd: 34 sürücü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd zamanı daha çox nəqliyyat vasitələrini sənədsiz idarə edən sürücülərə rast gəlinib

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Şabran şəhəri Heydər Əliyev prospektində avtoreyd təşkil edib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq inzibati qaydada cərimələnib. Həmçinin sürücülərin sərxoş olub-olmadığı da yoxlanılıb.

Reydin keçirilməsində əsas məqsəd yol hərəkəti qaydalarını pozan sürücüləri aşkarlamaq, onların yarada biləcəyi təhlükənin qarşısını almaqdır.

Reyd zamanı ümumilikdə 34 yol hərəkəti qaydasının pozulması faktı aşkarlanıb. Avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə isə, rast gəlinməyib. Həmçinin sürücülər ban şüşələrdə görməni məhdudlaşdıran avadanlıqlardan istifadə qaydaları barəsində maarifləndirilib.

Bu kimi reydlərin qarşıdakı günlərdə də keçirilməsi planlaşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh