Ramil Usubov iki rəisi işdən çıxartdı

Yol polisi 13 Noyabr 2015 00:09 Oxunub 2365
Ramil Usubov iki rəisi işdən çıxartdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb

Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, nazir Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarıb. R.Usubov həmçinin İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümovu da tutduğu vəzifədən azad edib. Nazir digər əmrlə V.Müslümovu Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edib.

Məlumat üçün bildirək ki, Yevlaxın işdən çıxarılan polis rəisi Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb, mətbuatın gündəminə gəlib. Onun qanunsuz əməlləri ilə bağlı Ramil Usubova dəfələrlə müraciət edildiyi də mətbuat səhifələrində tirajlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh