Yol polisinin idarə etdiyi motosiklet aşdı

Yol polisi 13 Noyabr 2015 17:58 Oxunub 3793
Yol polisinin idarə etdiyi motosiklet aşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan polis əməkdaşı hospitala yerləşdirilib 

Bakıda yol polisinə məxsus motosiklet aşıb. Avtosfer.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Yasamal rayonu ərazisində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Elvin Mahmudlunun idarə etdiyi "Yamaha" markalı motosiklet aşıb. Xidməti motosikletin aşması nəticəsində 29 yaşlı polis serjantı xəsarət alıb. O, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh