Yol polisindən prinsipial hərəkət - Deputata cərimə yazdı - VIDEO - YENİLƏNİB

Yol polisi 17 Noyabr 2015 12:18 Oxunub 4190
Yol polisindən prinsipial hərəkət - Deputata cərimə yazdı - VIDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP inspektoru millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib

Bakıda yol polisi millət vəkilini maşından salıb. Maraqlı olay iki gün əvvəl şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində baş verib. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rəfael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.

Millət vəkili Rafael Hüseynov maşının cərimə olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. R.Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o cərimə olumayıb: “Həmin maşın mənə məxsus deyil. Ora mənim iş yerimin yaxınlığıdır. Hadisə tanışların başına gəlib. Polis onları cərimələyib. Mən də yaxınlaşıb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışırdım. Deyəsən, onlar piyada xəttini tapdalayıbmış. Polislərdən xahiş etdim ki, tanışlara mənim yanıma necə gəlməyi başa salsınlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh