Millət vəkilindən cərimə - AÇIQLAMASI

Gündəm 17 Noyabr 2015 14:09 Oxunub 1278
Millət vəkilindən cərimə - AÇIQLAMASI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Həmin maşın mənə məxsus deyil"

Millət vəkili Rafael Hüseynov maşının cərimə olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə R.Hüseynov “qafqazinfo”ya açıqlamasında bildirib ki, o cərimə olumayıb: “Həmin maşın mənə məxsus deyil. Ora mənim iş yerimin yaxınlığıdır. Hadisə tanışların başına gəlib. Polis onları cərimələyib. Mən də yaxınlaşıb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışırdım. Deyəsən, onlar piyada xəttini tapdalayıbmış. Polislərdən xahiş etdim ki, tanışlara mənim yanıma necə gəlməyi başa salsınlar”.

Qeyd edək ki, criminal.az saytı bu gün millət vəkili Rəfael Hüseynovun cərimələnməsi ilə bağlı video məlumat yayıb. Məlumatda bildirilir ki, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rafael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh