Şimal rayonlarımıza qar yağır

Gündəm 18 Noyabr 2015 12:11 Oxunub 1127
Şimal rayonlarımıza qar yağır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb

Ölkənin şimal bölgəsinə - Quba, Qusar və Xızı rayonlarına qar yağır. Avtosfer.az rtv-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq şimal regionunun rayonlarına qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb. Bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal regionunda temperaturun aşağı düşməsi müşahidə olunub. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh