Yol kənarından ağır yaralı kişi tapıldı

Gündəm 18 Noyabr 2015 22:17 Oxunub 1143
Yol kənarından ağır yaralı kişi tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı şəxs hansı şəraitdə bu vəziyyətə düşdüyünü xatırlamır

Salyanda ağır xəsarətlər almış 50 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki,  Salyan rayon sakini, Zərgərli küçəsi 25 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Əhmədov Elxan Kamil oğlu baş nahiyəsinin xəsarəti və sol budunun sınıqları diaqnozu ilə Salyan rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.  Adıçəkilən şəxsi təcili yardım Qızılağac kəndində yolun kənarından götürərək xəstəxanaya çatdırıb. Yaralı şəxs hansı şəraitdə bu vəziyyətə düşdüyünü xatırlamır.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh