"Azərbaycan Dəmir Yolları" həbs məsələsinə aydınlıq gətirdi

Gündəm 19 Noyabr 2015 12:07 Oxunub 1262
"Azərbaycan Dəmir Yolları" həbs məsələsinə aydınlıq gətirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Emin Rzayev polis bölməsinə aparılıb və orada araşdırma aparıldıqdan sonra anlaşılmazlıq olduğu məlum olub. Daha sonra da buraxılıb"

Saxlanıldığı xəbəri yayılan şəxs "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı deyil. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, saxlanılan 53 yaşlı Emin Rzayev oktyabrın 19-da öz ərizəsi ilə işdən azad olunub. N.Əzməmmədov onun saxlanılması məsələsinə də aydınlıq gətirdi: "Emin Rzayev vaxtı ilə bizim qurumda sanitar kimi işləyib. Amma hazırda bizim əməkdaşımız deyil. O, Nizami rayonu ərazisində siçan əleyhinə dərman satarkən saxlanılıb. Polis bölməsinə aparılıb və orada araşdırma aparıldıqdan sonra anlaşılmazlıq olduğu məlum olub. Daha sonra da buraxılıb".

Qeyd edək ki, dünən "Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsinin polis tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, saxlanılan şəxs Yol Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, 53 yaşlı Emin Rzayevdir və o, çalışdığı şöbəyə məxsus 50 kiloqrama yaxın kimyəvi təmizləyici vasitəni qeyri-qanuni şəkildə satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh