Avtobus «06» ilə toqquşdu: iki ölü, bir yaralı - FOTO

Avtoxəbər 26 İyun 2014 12:12 Oxunub 1878
Avtobus «06» ilə toqquşdu: iki ölü, bir yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölən və yaralıların kimlikləri məlum deyil

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Göygöl rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazisində qeydə alınıb. “VAZ-2106” markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən “İsuzu” markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə gələn bir nəfər də orada dünyasını dəyişib. Ölən və yaralıların kimlikləri məlum deyil. Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

NiHaD 10 Noyabr 2014 22:55
cox pisssssss