O qədər içdilər ki, avtomobil yolunda masa ilə gəzdilər – VİDEO

Maraqlı 20 Noyabr 2015 12:35 Oxunub 1736
O qədər içdilər ki, avtomobil yolunda masa ilə gəzdilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür zarafat edənlər ciddi şəkildə cəzalandırılır

Avstraliyada  9 nəfər  öz məsuliyyətsiz davranışı ilə polisləri hərəkətə keçirib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Pers şəhərində bir qurp insan əylənmək üçün parkdakı təkərli arabalarla avtomobil yolunda maşınlarla ötüşüb. Yol ayrıcı yaxınlığındakı parkdakı həvəskar kameradan lentə alınan görüntülərdə iki təkərli masa ətrafında ümumilikdə 9 nəfərin əyləşdiyi, onların spirtli içki içdiyi öz əksini tapır. Yol hərəkəti qaydalarına çox hörmət edirmiş kimi, yaşıl işığın yanmasını gözləyən xuliqanlar, işıqforun rəngi dəyişər-dəyişməz sağa doğru istiqamət alırlar. Hadisə vaxtı yolda avtomobillərin hərəkətdə olması da diqqətdən yayınmayıb. Qeyd edək ki, Avstraliyada bu cür zarafat edənlər ciddi şəkildə cəzalandırılır. Məsələn, yanvar ayında soyuducu ilə avtomobil yoluna çıxan bir sakin 1500 dollar məbləğində cərimələnmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh