6 nəfərlik nəqliyyat vasitəsindən 35 nəfər çıxıb - VİDEO

Maraqlı 20 Noyabr 2015 15:57 Oxunub 1883
6 nəfərlik nəqliyyat vasitəsindən 35 nəfər çıxıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin ətrafında bir anda insan izdihamı  yaranıb

Çində yol polisləri hərəkətdə olan avtomobillərdən birini saxlayıb yoxlama aparmağa qərar veriblər. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, həmin polislər maşından yüzlərlə kiloqram narkotik çıxa biləcəyini ağıllarına gətirmişdilər, amma 6 nəfərlik nəqliyyat vasitəsindən sürücü ilə birgə 35 nəfər çıxıb.

Ölkədə böyük səs-küy yaradan olay, Çinin Sitzuan vilayətində baş verib.  Yoxlama aparmaq üçün avtomobili saxlamağa qərar verən polislər, pəncərədən içəri baxanda gözlərinə inanmayıblar. Maşının içinin adamla dolu olduğunu görən polislər, sərnişinlərdən dərhal aşağı enməyi tələb edib. Asayiş keşikçiləri maşından uzağı 7 adamın düşəcəyini gözləsələr də, qapıdan çıxan sərnişinlərin ardı-arası kəsilməyib. Avtomobilin ətrafında bir anda insan izdihamı  yaranıb. Məlum olub ki,  avtomobildəki insan kütləsi inşaat firmalarının birində çalışan işçi ordusudur. Rəhbərlik, fəhlələri evlərinə daşıyarkən çox xərcə düşməmək üçün onların hamısını bir maşına doldurmaq qərarına gəlib.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh