Elektromobillər üçün şarj aparatı quraşdırılıb - AZƏRBAYCANDA İLK

Avtobazar 27 İyun 2014 15:52 Oxunub 2462
Elektromobillər üçün şarj aparatı quraşdırılıb - AZƏRBAYCANDA İLK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəşti hesab edilir

“SOCAR Petroleum” şirkəti Bakıda iki yanacaqdoldurma məntəqəsində elektromobillər üçün şarj aparatı quraşdırıb. Bakı-Aeroport yolu üzərində, Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrində quraşdırılan bu aparatlardan istifadə hələki müştərilərə pulsuz təklif olunur. “SOCAR Petroleum” şirkətindən verilən məlumata görə, xidmətin pulsuz olmasına səbəb respublikada elektromobillərin istifadəsinə marağın artırılmasıdır. Bir müddət sonra Tarif Şurasının qərarı ilə xidmətin qiyməti müəyyənləşəcək və böyük ehtimalla bu qiymət ənənəvi yanacaqlardan ucuz olacaq.  YDM-də quraşdırılan avadanlıqlar eyni anda iki avtomobili şarj etməyə imkan verir. 15-20 dəqiqə ərzində enerji yığan elektromobillər təxminən 400-450 km yol qət edə bilir. Elektromobillərin müxtəlif ölkə istehsalı olduğunu nəzərə alaraq yeni gətirilən aparatlarda 3 yanacaq növü yer alıb.

APA TV-də efirə gedən "Sosium" verilişində iqtisadçı ekspert Samir Əliyev son zamanlar Avropa ölkələrinin böyük maraq göstərdiyi bu avtomobillərin ölkəyə gətirilməsi üçün hökumətin elektromobillərin idxalını stimullaşdırmaq üçün dövlət proqramı qəbul etməsini vacib sayıb: ”İlk növbədə, avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir. Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır. Çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstan müvafiq vergi rejimi tətbiq edir. Qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır."

Samir Əliyevin fikrincə, hökumət istifadədə olan köhnə maşınları uyğun qiymətə alıb, sürücülərə bu cür maşınları sərfəli kreditlərlə satmaq olar. Bunun üçün əvvəlcə bu tip maşınların ölkəyə gətirilməsinə başlanmalıdır. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəşti hesab edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh