Bakıda nəqliyyat polisi qətlə yetirildi

Yol polisi 23 Noyabr 2015 12:59 Oxunub 1937
Bakıda nəqliyyat polisi qətlə yetirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Prokurorluqdan qətlə yetirilən polislə bağlı açıqlama verib

Bakıda silahlı insident olub. Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N.Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bəbirov tutulub. İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Artıq silahlı insidentin bəzi təfərrüatları məlum olub. İnsident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşı olub. İsgəndər Bəbirov onu ov tüfəngi ilə güllələyib. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Bakının Xəzər rayonunda odlu silahdan açılan atəşlə polisi qətlə yetirən şəxs barəsində cinayət işi açılıb. Bunu isə trend-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh