Nardaranda həlak olan daha bir polisin dəhşətli həyat hekayəsi - FOTO

Yol polisi 27 Noyabr 2015 12:21 Oxunub 2882
Nardaranda həlak olan daha bir polisin dəhşətli həyat hekayəsi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN-in əməliyyatçısı olan İsmayılın iki övladı var, onlardan biri ötən ay dünyaya gəlib

Nardarandakı toqquşmada həlak olan polislərdən biri dindar olub. Aznews.az xəbər verir ki, həlak olan polis Tağıyev İsmayıl Rəsul oğlu təbiətcə sakit, xeyirxah və Allaha inanan adam imiş. Təkcə özü deyil, bütün ailə üzvləri dindar olub. Məlumata görə, mərhumun həyat yoldaşı hicablı qadındır. DİN-in əməliyyatçısı olan İsmayılın iki övladı var, onlardan biri ötən ay dünyaya gəlib. Məlum olub ki, İsmayıl toqquşma zamanı ayağından yaralanıb. Onu hadisə baş verən evdən vaxtında çıxarmaq mümkün olmayıb. Bu səbəbdən o, qan axmadan dünyasını dəyişib.  Mərhum polis əməkdaşı ilə vida mırasimi əvvəllər yaşadığı Xırdalan şəhərindəki evində keçirilir. O, bu gün II Fəxri Xiyabanda dəfn ediləcək. 

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Noyabrın 26-da Nardaranda baş verən atışma zamanı yaralanan 3 nəfərin vəziyyəti ağırdır. Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Məlumata görə, xəstələrdən birinin vəziyyəti daha ağırdır: “Digər iki xəstənin vəziyyəti isə normaldır. Ümumilikdə, vəziyyətləri stabildir. Hər üç xəstə əməliyyat olunub. Onlar 19, 28 və 30 yaşlı gənclərdir”. 

Mətbuat xidməti hadisə ilə bağlı istintaq getdiyi üçün yaralıların adlarını açıqlamaq istəməyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh